Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində qatarların hərəkətində gecikmə qeydə alınıb.
Qatarlararası interval 10 dəqiqədən artıq olub. Nəticədə vaqonlarda və stansiyalarda sıxlıq yaranıb.
Bakı Metropolitenindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib. Bu səbəbdən sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Nasazlıq səbəbindən “Dərnəgül–Nərimanov” sahəsində interval fərqi yaranıb.
Qurum yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Gülnar Nazimqızı