RU

İngilis müdafiəçi Liverpul a qayıtmaq istəyir

ain.az, sport24.az saytına istinadən bildirir.

Müdafiəçi Trent Aleksandr-Arnold yay "transfer pəncərəsi"ndə "Real"dan ayrıla bilər. İngilis futbolçu "Kral klubu"nda" özünü yaxşı tərəfdən göstərə bilmədi üçün doğma klubuna qayıtmağı düşünür. Sport24.az "Mirror"a istinadən xəbər verir ki, Trent karyerasını "Liverpul"da davam etdirməyi planlaşdırır.

Aleksandr-Arnold 2025-ci ilin yayında Madrid klubu ilə 10 milyon avroya müqavilə imzalayıb və müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir. Bu mövsüm müdafiəçi "Real"ın heyətində bütün turnirlərdə 14 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

Qeyd edək ki, müdafiəçi 2016-cı ildən "Liverpul"da oynayıb və İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqası da daxil olmaqla doqquz kubok qazanıb. "Transfermarkt" portalı onu 70 milyon avro dəyərində qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
sport24.az

1Источники