RU

Makron: “Sosial şəbəkələrdə söz azadlığının müdafiəsi tam mənasızdır”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Emmanuel Macron sosial şəbəkələrdə söz azadlığının müdafiəsi ilə bağlı iddiaları “tam mənasızlıq” adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, Avropa ölkələri sosial şəbəkələrin zərərli və asılılıq yaradan təsir göstərdiyini deyən tənzimləyici qurumların mövqeyinə əsaslanaraq, yetkinlik yaşına çatmayanlar üçün bu platformaların qadağan olunması imkanını nəzərdən keçirirlər. Belə bir qərarın "Instagram", "Facebook", "Snap Inc.", "X", "TikTok və YouTube" kimi şirkətlərin mühüm reklam büdcələrinə təsir göstərə biləcəyi ehtimal olunur.

ABŞ bu cür qadağaları söz azadlığının boğulması kimi qiymətləndirərək tənqid edir. Makron isə bu mövqe ilə qətiyyən razılaşmadığını bildirib.

“Alqoritmin necə yaradıldığını, necə sınaqdan keçirildiyini, necə öyrədildiyini və sizi hara yönləndirdiyini bilmədən, bu qərəzliliyin demokratiya üçün nəticələri çox böyük ola bilər”, – deyə o vurğulayıb.

Makronun sözlərinə görə, Avropa azad və tam şəffaf alqoritmləri dəstəkləyir.

“Bəziləri söz azadlığını müdafiə etdiklərini deyirlər – yaxşı, biz azad və tam şəffaf alqoritmləri müdafiə edirik. Əgər heç kim sizi bu ‘söz azadlığına’ necə yönləndirdiklərini bilmirsə, xüsusilə də bu proses bir nifrət dilindən digərinə aparırsa, söz azadlığı tam mənasızdır”, – deyə Fransa prezidenti əlavə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
icma.az

1Источники