RU

“Qarabağ”ın qapıçısı ÇL-də TOP-3-lüyə düşdü

style='margin-bottom:10px;'>

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında inamlı oyunu ilə seçilən qapıçılar arasındadır.

QOL.az xəbər verir ki, 25 yaşlı futbolçu yarışın Liqa mərhələsi və final mərhələsinin “pley-off”undakı qurtarışlarının sayınl 40-a çatdırıb. O, dünən “Qarabağ” - “Nyukasl” matçında (1:6) 10 dəfə seyv edib.

Beləliklə, Koxalski bu göstəricidə 3-cü yerə yüksəlib. ÇL-in TOP-3-lüyündə birinci yeri Nikita Haykin (“Bodo/Qlimt”, 52 seyv) və Tibo Kurtua (“Real”, 44 seyv tutur).

Избранный
25
1
teleqraf.com

2Источники