RU

Zelenski müharibə dövründə seçkilərin təşkili üçün əsas şərtləri açıqladı

Bakı. Trend:

Əgər iki aylıq atəşkəs təmin olunarsa, Ukrayna nəzəri baxımdanseçkilər keçirə bilər.

Trend xəbər verir ki, bunuUkrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, tərəfdaşların əsas suala aydınlıq gətirməsivacibdir: məqsəd həqiqi seçkilərin təşkili, yoxsa onun vəzifədənkənarlaşdırılmasıdır. Zelenskinin sözlərinə görə, Rusiya onundəyişdirilməsində maraqlıdır və bunun üçün ən sivil yolseçkilərdir. Lakin o vurğulayıb ki, xalqın iradəsinə təsirgöstərmək mümkün deyil və vətəndaşlar kimlə yaşamaq istədiklərinəözləri qərar verməlidirlər.

Prezident əlavə edib ki, əgər Vaşinqton Ukraynada sülhə nailolunmasına töhfə verərsə, o zaman ABŞ tərəfindən irəli sürülənmüəyyən seçki təşəbbüslərinə mane olmayacaq.

Zelenski bildirib ki, iki aylıq atəşkəs əldə olunacağı təqdirdə,müharibə şəraitində seçkilərin keçirilməsinə dair – hazırda nəparlament, nə də cəmiyyət tərəfindən dəstəklənməyən – məsələdədeputatlarla müzakirələr aparmaq və onları razı salmaq üçün əlindəngələni edəcək. Bununla belə, o qeyd edib ki, hətta iki aylıqatəşkəs belə müharibənin tam başa çatması anlamına gəlmir.

Dövlət başçısı həmçinin vurğulayıb ki, belə bir qərar üçünvətəndaşlar sülh məsələsi ilə bağlı referendumda mövqelərinibildirməli, parlament isə mövcud qanunvericiliyə müvafiqdəyişikliklər etməlidir.

Избранный
17
1
az.trend.az

2Источники