RU

Avropa ilə tamam fərqli müharibə olacaq Lavrov

ain.az bildirir, Axar.az portalına istinadən.

Rusiya müharibə axtarışında deyil, lakin Avropa öz səhvlərini anlamaq əvəzinə müharibəyə hazırlaşarsa, o zaman bu, tamam başqa müharibə olacaq və tamam fərqli vasitələrlə...

Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Əl-Ərəbiyə”yə müsahibəsində deyib.

“Biz müharibə axtarmırıq, müharibə istəmirik. Amma əgər Avropadakı qonşularımız səhvlərini etiraf etmək və birlikdə yaşamalı olduğumuzu anlamaq əvəzinə, bizə qarşı müharibə hazırlasalar, o zaman bu, tamamilə fərqli bir müharibə olacaq və tamamilə fərqli vasitələrlə olacaq”, - deyə Lavrov vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, Prezident Vladimir Putin bu məsələ ilə bağlı dəfələrlə danışıb və xatırladıb ki, Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
67
2
axar.az

3Источники