RU

İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri nüvə danışıqlarını MÜZAKİRƏ ETDİ

İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri nüvə danışıqlarını müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan arasında telefon danışığı baş tutub.

Tərəflər İslam Respublikası ilə ABŞ arasında aparılan nüvə danışıqları ətrafındakı son vəziyyəti və mövcud diplomatik prosesləri müzakirə ediblər.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri və ikitərəfli əlaqələrin inkişafı barədə də fikir mübadiləsi aparılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники