RU

ABŞ Yaxın Şərqdə 2003-cü ildən bəri ən böyük aviasiya qruplaşmasını cəmləşdirir

BAKI, 19 fevral. TELEQRAF

ABŞ Yaxın Şərqə 2003-cü ildə İraqa müdaxilədən bəri ən böyük aviasiya qruplaşmasını yerləşdirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Vaşinqton regionda hərbi potensialını artırmaqda davam edir və ora F-22 və F-35 qırıcılarını göndərir. Bundan əlavə, ikinci aviadaşıyıcı və komanda məntəqəsi funksiyasını yerinə yetirən təyyarələr də Yaxın Şərqə yola düşür.

Nəşr amerikalı rəsmilərə istinadən yazır ki, bu cür qüvvə cəmləşməsi Vaşinqtona İran əleyhinə bir neçə həftə ərzində hərbi əməliyyatlar aparmaq imkanı verə bilər.

WSJ-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp hələlik İran İslam Respublikasına zərbə endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib.

Избранный
22
teleqraf.com

1Источники