RU

Oğlanları bullinqlə üzləşən afrikalı cütlük 264 kiloqram arıqladı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cənubi Afrikada bir cütlük çəkiləri səbəbindən məktəbdə oğullarının zorakılığa məruz qalmasından sonra ümumilikdə 264 kq arıqlayıb.

Oxu.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.

Ümumilikdə 440 kq çəkisi olan Devid və Rouz-Mari Lombard yüksək təzyiq, 2-ci tip diabet və yuxu apnesi də daxil olmaqla ciddi sağlamlıq problemlərindən əziyyət çəkiblər. Həkimlər çəkisi 300 kq-a yaxınlaşan 39 yaşlı Devidə 40 yaşına çatmadan həyatını itirə biləcəyi barədə xəbərdarlıq ediblər. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən kişi işdən çıxmaq məcburiyyətində qalıb.

Cənubi Afrikadan olan cütlüyün 10 yaşlı oğulları Divan valideynlərinin çəkisi səbəbindən məktəbdə bullinqə məruz qaldıqdan sonra vəziyyət dəyişib. 18 ay ərzində Devid 183 kq arıqlayıb və bel ölçüsünü 190 sm-dən 80 sm-ə endirib. 140 kq çəkisi olan Rouz-Mari isə 81 kq arıqlayıb və bel ölçüsünü 140 sm-dən 50 sm-ə qədər azaldıb. Arıqlama proqramına fərdi məşqlər, qidalanma dəstəyi və qlükoza səviyyəsini və iştahanı idarə etmək üçün dərmanlar daxil edilib.

Cütlüyün sözlərinə görə, əvvəllər onların qida rasionu fastfud, şirniyyat və gündə 12 litrə qədər şəkərli-qazlı içkidən ibarət olub. İlk addım olaraq qarşılarına cəmi 100 metr gəzməyi məqsəd qoyublar. Bu gün Devid gündə ən azı 5 km gəzir. O, ilk ayda 20 kq arıqlayıb.

Altı aydan sonra cütlük müntəzəm olaraq idman zalına getməyə başlayıb. İndi onlar gündəlik məşq edir, protein, tərəvəz və tam taxıllara üstünlük verərək balanslı bir pəhriz saxlayırlar. Əvvəlki diaqnozlarının əksəriyyəti artıq cütlüyü narahat etmir.

Onlar indi nikah üzüklərini yeniləməyi və "yeni bədəndə" ikinci dəfə toy etməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
70
oxu.az

1Источники