RU

Böyük Britaniyada inflyasiya azaldı

Bakı. Trend:

Böyük Britaniyada inflyasiya 3 faizədək azalaraq ötən ilin martayından bəri ən aşağı səviyyəyə enib.

Trend “TheIndependent”ə istinadla xəbər verir ki, bu göstərici ölkədə faizdərəcələrinin yaxın aylarda azaldıla biləcəyi ilə bağlı ümidləriartırıb.

İstehlak Qiymətləri İndeksi üzrə məlumatlar Milli Statistikaİdarəsi tərəfindən açıqlanıb. Belə ki, inflyasiya dekabr ayındagözlənilmədən 3,4 faizə yüksəlmişdi. Son rəqəmlər isə ötən ilinsonlarında müşahidə olunan tədricən azalma tendensiyasının yenidənbərpa olunduğunu göstərir.

Analitiklərin proqnozlarına əsasən, inflyasiya göstəricisi aprelayına qədər hökumətin müəyyən etdiyi 2 faizlik hədəfə çata bilər.Bu həftə açıqlanan işsizliyin artması, əməkhaqqı artım tempininzəifləməsi və iqtisadi fəallığın aşağı səviyyədə qalması fonundainflyasiyanın azalması İngiltərə Bankının martın 19-da keçiriləcəkPul Siyasəti Komitəsinin iclasında faiz dərəcələrini endirməsinətəkan verə bilər.

Qeyd edək ki, inflyasiya 2022-ci ilin oktyabrında 11 faiziötmüşdü. Son bir ildə göstərici daha idarəolunan həddə qayıtsa da,azalma tempi biznes və əhali üçün arzuolunandan daha yavaş olub vəbu səbəbdən faiz dərəcələri uzun müddət yüksək səviyyədəsaxlanılıb.

Ötən il yüksək inflyasiyanın əsas səbəblərindən biri olan ərzaqqiymətlərində də artım tempinin zəifləyəcəyi gözlənilir.

Избранный
45
az.trend.az

1Источники