RU

UEFA Çempionlar Liqası: İnter və Atletiko Madrid səfərdə qalib gələ bilmədilər VİDEO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha dörd qarşılaşma keçirilib.

Oxu.Az xəbər verir ki, turnirin ötən mövsüm finalçısı olan "İnter" səfərdə "Budyo Qlimt" ilə qarşılaşıb.

Norveç təmsilçisi sürpriz nəticəyə imza ataraq görüşdən qalib ayrılıb - 3:1.

Gərgin mübarizə şəraitindən keçən "Brügge" - "Atletiko Madrid" matçında altı qol vurulub. Qol yağışında komandalar hərəyə üç dəfə fərqləniblər - 3:3.

Gecənin səfər qələbəsini "Bayer Leverkuzen" qazanıb. Almaniya təmsilçisi Yunanıstanda "Olimpiakos"a heç bir şans verməyib - 0:2.

Qeyd edək ki, pley-off mərhələsinin daha əvvəl keçirilmiş görüşündə "Qarabağ" - "Nyukasl" matçı 1:6 hesabı ilə tamamlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
oxu.az

1Источники