RU

“Arsenal” çempionatın autsayderi ilə oyunda xal itirib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının 31-ci turunun “Vulverhempton” və “Arsenal” arasında təxirə salınmış oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “Molineux Stadium”da (Vulverhempton) baş tutan matç 2:2 hesablı heç-heçə ilə bitib.

“Topçular”ın hücumçusu Bukayo Saka beşinci dəqiqədə hesabı açıb. Müdafiəçi Pyero İnkapi 56-cı dəqiqədə fərqi artırıb. “Vulverhempton”un müdafiəçisi Uqo Bueno 61-ci dəqiqədə fərqi azaldıb. 90+4-cü dəqiqədə “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori öz qapısına qol vurub.

İngiltərə Premyer Liqasında 27 oyundan sonra “Arsenal” 58 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. “Vulverhempton” 10 xalla 20-ci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
56
1
icma.az

2Источники