RU

Yeni baş məşqçi özünə köməkçi də götürdü

“Xankəndi”də yeni təyinat rəsmiləşib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi vəzifəsinə UEFA B kateqoriyalı məşqçi lisenziyasına sahib olan Elçin Sadıqov gətirilib.

36 yaşlı mütəxəssis daha əvvəl 2020–2025-ci illərdə “Səbail” futbol klubunun müxtəlif yaş qruplarında çalışıb. O, 2025-ci ildə isə “Şəfa” klubunda qapıçı-məşqçi vəzifəsində fəaliyyət göstərib.

Hazırda II Lliqanın turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Zaur Hacıyevi isə baş məşqçi təyin edib.

Избранный
93
sportinfo.az

1Источники