RU

İstanbul Hava Limanı Platin Mükafat a layiq görüldü

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstanbul Hava Limanı aviasiya analitikası sahəsində dünyanın aparıcı təşkilatlarından biri olan "Cirium" tərəfindən təqdim edilən "Hava Limanı Platin Mükafatı"na layiq görülüb.

Oxu.Az xəbər verir ki, məlumatı "Anadolu Ajansı" yayıb.

"Cirium" tərəfindən dərc edilən "2025-ci ilin performans icmalı" hesabatında İstanbul Hava Limanı əməliyyat mükəmməlliyi sahəsində üstün göstəricilərinə görə mükafatlandırılıb.

Təqdimetmə mərasimi İstanbul Hava Limanının Beynəlxalq Gediş Terminalındakı IGA Lounge salonunda keçirilib. Mərasimdə İstanbul Hava Limanının baş direktoru Selaheddin Bilgen və "Cirium"un baş direktoru Ceremi Bouen iştirak ediblər.

Mərasimdə çıxış edən S.Bilgen əldə olunan uğurun arxasında güclü koordinasiya və komanda işinin dayandığını vurğulayıb. "Bu mükafat təkcə ədədi göstəricilərimizə deyil, həm də mürəkkəb əməliyyatları effektiv şəkildə idarə etmək qabiliyyətimizə və böhran dövrlərində fasiləsiz sərnişin təcrübəsini qorumaq bacarığımıza verilən qiymətdir", - deyə o bildirib və mükafatı almaqdan böyük məmnunluq duyduğunu qeyd edib.

Bilgen 2025-ci ilin məlumatlarına istinad edərək, il ərzində 84,3 milyon sərnişinə xidmət göstərdiklərini və ümumilikdə 547 min uçuşu uğurla idarə etdiklərini diqqətə çatdırıb. O, gündə orta hesabla 1 707 uçuşla tarixi rekorda imza atdıqlarını, sərnişinlər üçün bütün proseslərin 24/7 rejimində çalışan minlərlə mütəxəssis və inkişaf etmiş texnoloji infrastruktur sayəsində problemsiz həyata keçirildiyini bildirib.

S.Bilgen əlavə edib ki, 117 illik təcrübəyə malik "Cirium" sektorun ən etibarlı istinad mənbələrindən biridir və bu mükafat onların səylərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
oxu.az

1Источники