RU

Avropa İttifaqı Rusiya, Belarus və Ukrayna ilə sərhəddə yerləşən şərq bölgələrinə göstərilən dəstəyi gücləndirir

Bakı. Trend:

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Rusiya, Belarus vəUkrayna ilə sərhəddə yerləşən şərq regionlarına dəstəyi artırmaqüçün genişmiqyaslı strategiya qəbul edib.

Trend xəbər verir ki,komissiyanın məlumatında bu addımın Rusiyanın Ukraynaya qarşımüharibəsi fonunda həm Aİ həmrəyliyinin ifadəsi, həm də Avropanıntəhlükəsizliyi, rəqabət qabiliyyəti və gələcək sabitliyi üçünstrateji investisiya olduğu bildirilib.

Strategiya xüsusilə doqquz üzv ölkənin – Finlandiya, Estoniya,Latviya, Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya vəBolqarıstanın sərhədyanı bölgələrini əhatə edir. Komissiya həminregionların son illərdə hibrid hücumlar, miqrasiyanın təzyiqalətinə çevrilməsi, iqtisadi və ticarət əlaqələrinin pozulması,eləcə də demoqrafik azalmanın yaratdığı problemlərlə daha çoxüzləşdiyini qeyd edib.

Aİ müharibənin əvvəlindən etibarən şərq regionlarına siyasi,texniki və maliyyə dəstəyi göstərib. Lakin müharibə uzandıqca bubölgələrdə təhlükəsizlik və iqtisadi şərait daha da pisləşdiyi üçünəlavə dəstək göstərilməsi zərurəti yaranır.

Yeni sənəddə beş əsas istiqamət – təhlükəsizlik və dayanıqlılıq,artım və regional rifah, yerli üstünlüklərin gücləndirilməsi,bağlantılar və insan amili üzrə genişmiqyaslı tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə təhlükəsizlik vədayanıqlılığın gücləndirilməsi üçün yeni müdafiə təşəbbüslərinin vəsərhədyanı əməkdaşlıq mexanizmlərinin inkişafı, regionlarıniqtisadi artımının dəstəklənməsi üçün maliyyəyə çıxışıngenişləndirilməsi, “EastInvest” mexanizmi ilə kredit-məsləhətimkanlarının artırılması, nəqliyyat və rəqəmsal şəbəkələrinmüasirləşdirilməsi, təhsil-məşğulluq proqramlarınıngücləndirilməsi, media dayanıqlılığı və dezinformasiyaya qarşıtədbirlərin artırılması və s. daxildir.

Komissiya irəliləyişin izlənməsi üçün hər il yüksək səviyyəlisiyasi dialoq başlatmağı planlaşdırır. Bu formatda ilk tədbirfevralın 26-da keçiriləcək və “EastInvest” mexanizminin işəsalınmasına dair bəyannamə imzalanacaq.

Избранный
49
3
az.trend.az

4Источники