Diplomatiya İranla danışıqlarda gözlənilən nəticəni verməsə, hərbi gücdən istifadə ediləcək.
Editor.az bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens “Fox News”a bildirib. Cenevrədə İran tərəfi ilə görüşdən sonra o, Tehranın hələ bir sıra fundamental məsələlər üzərində işləməyə hazır olmadığını deyib. “Düşünürəm ki, prezidentin (ABŞ prezidenti Donald Tramp) bir çox variantı var. Bizim çox güclü ordumuz var. Prezident onlardan istifadə etməyə hazır olduğunu nümayiş etdirib.”, -Vens vurğulayıb.
ABŞ-ın vitse-prezidenti qeyd edib ki, Trampın əla diplomatik komandası var və bu komanda vəziyyəti həll etmək üçün də istifadə edilə bilər. “Amma əlbəttə ki, prezident diplomatiyanın təbii sonuna çatdığına inandığını demək hüququnu özündə saxlayır. Ümid edirik ki, bu, baş verməyəcək, amma əgər baş verərsə, qərar prezidentə qalacaq.”, – Vens yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az