Bakının "Sovetski" adlanan ərazisində söküntü və yenidənqurma işləri davam edir. Ərazidə ilin sonuna kimi 4200-dən artıq mənzil söküləcək. Bu barədə mediaya açıqlama verənəmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, bu günə qədər 1880 mənzil sahibi ilə razılaşma əldə edilib.
SİTAT: "Onlardan 1570 ailə artıq köçürülüb. Təxmini 600-ə qədər mənzil tamamilə 850-yə yaxın mənzil isə qismən sökülüb. İstismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan fərdi yaşayaış evləri, çoxmənzilli yaşayış binaları sökülür. Ərazidə bəzi binaların tarixi olduğunu sübut olunduqdan sonra Mədəniyyət Nazirliyinin tabeliyinə veriləcək.
Mətləb