RU

ABŞ hərəkətə keçdi: İrana zərbə hazırlanır

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “OSINT” analitikləri məlumat yayıb.

Onların fikrincə, bölgəyə yerləşdirilən 36 ədəd F-16 “Fighting Falcon” qırıcı təyyarəsindən 24-ü SEAD (düşmənin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi) missiyaları üçün xüsusi hazırlanmış F-16CJ “Wild Weasel” variantıdır.

Məlumata əsasən, bu təyyarələr AN/ASQ-213 “QHARM Targeting System” ilə təchiz olunub. Sözügedən sistem düşmən radar emissiyalarını passiv şəkildə aşkar etməyə və koordinatlarını müəyyənləşdirməyə imkan verir. Aşkarlanan hədəflər isə AGM-88 HARM və ya AGM-88E AARGM tipli radar əleyhinə raketlərlə vurula bilir.

Bundan əlavə, qırıcılar AN/ALQ-184 elektron müharibə kapsulaları da daşıyır. Bu avadanlıq düşmənin hava hücumundan müdafiə radarlarını boğmaq, çaşdırmaq və effektivliyini azaltmaq məqsədi daşıyır.

Hərbi ekspertlər qeyd edirlər ki, SEAD platformalarının bölgəyə yerləşdirilməsi mümkün hava əməliyyatları zamanı üstünlük əldə etmək və hava məkanında təhlükəsizliyi təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
globalinfo.az

1Источники