BAKI, 18 fevral. TELEQRAF
Kanadanın kişilərdən ibarət xokkey komandası Milan və Kortinada keçirilən 25-ci Qış Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.
Teleqraf xəbər verir ki, kanadalılar Çexiyanı əlavə vaxtda 4:3 hesabı ilə məğlub etdilər.
Daha əvvəl Slovakiya komandası da Almaniyanı 6:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.
Digər dörddəbir final cütlükləri Finlandiya və İsveçrə, ABŞ və İsveç isə olacaq.