RU

Ukrayna nümayəndə heyəti Cenevrədə Medinski ilə ayrıca görüşü təsdiqlədi

Ukraynanın danışıqlar üzrə nümayəndə heyəti Cenevrədə Rusiya tərəfinin nümayəndəsi Vladimir Medinski ilə ayrıca görüşün keçirildiyini təsdiqləyib.

KONKRET.az xəbər veri ki, Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerovun sözçüsü Diana Davityan “RBK-Ukrayna”ya açıqlamasında bildirib ki, sözügedən görüş Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqlardan sonra baş tutub.

Onun sözlərinə görə, görüşdə Rüstəm Umerovla yanaşı, Ukrayna nümayəndə heyətinin digər üzvü — parlamentdə “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya da iştirak edib.

Davityan qeyd edib ki, Ukrayna və Rusiya nümayəndələri arasında aparılan danışıqlar təxminən iki saat davam edib.

Görüşün detalları və tərəflər arasında müzakirə olunan məsələlər barədə əlavə məlumat verilməyib.

Избранный
125
1
konkret.az

2Источники