RU

Peskov: Cenevrədə Ukrayna üzrə danışıqlar çətin keçib

Cenevrədə Ukrayna üzrə danışıqlar çətin keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Kreml rəsmisi Cenevrədə keçirilən sülh danışıqlarını şərh edərkən bildirib ki, müzakirələr olduqca mürəkkəb keçib.

O qeyd edib ki, Rusiya nümayəndə heyətinin üzvləri “ilk fürsətdə” danışıqların nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verəcəklər.

Peskov həmçinin əlavə edib ki, çərşənbə günü baş tutan müzakirələrin birinci günlə müqayisədə daha qısa sürməsi heç də tərəqqinin olmaması mənasına gəlmir.

Danışıqların növbəti mərhələsinin keçiriləcəyi yer barədə isə hələlik dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Cenevrədə bir neçə gün ərzində Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında mühüm görüşlər baş tutub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
77
interpress.az

1Источники