Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.
Bu barədə Newscenter.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib
Xatırladaq ki, hadisə ötən ilin avqust ayında baş verib. Sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar. Onlar Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib.
Onlara təyin edilən 6 ay cəzanın müddəti bu gün bitib.
Anar