...ABŞ ilin ən yaxşı yeni avtomobillərinin reytinqini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, siyahıda Yapon və elektrikləşdirilmiş modellər üstünlük təşkil edir.Ən yaxşı yeni avtomobillər ənənəvi olaraq müstəqil istehlakçı araşdırması aparan Amerika təşkilatıConsumer Reports tərəfindən müəyyən edilib.
Reytinqlər eyni adlı jurnalın veb saytında dərc edilib. Bazardakı ən yaxşı avtomobillər 260 namizəd arasından seçilib.
Bazar liderləri müəyyən edilərkən test sürücülərinin və qəza testlərinin nəticələri, etibarlılıq reytinqləri və sahiblərin rəyləri nəzərə alınıb.
Bu il Yapon modelləri 10 nominasiyadan 6-sını qazanaraq liderlik edir. Bundan əlavə, hər qalibin sırasında elektrikləşdirilmiş versiyanın olduğu qeyd olunur.
Consumer Reports-a görə ilin ən yaxşı avtomobilləri:
- Kompakt avtomobillər -Honda Civic;
-Orta ölçülü avtomobillər - Toyota Camry;
- Subkompakt krossoverlər - Subaru Crosstrek;
- Kompakt krossoverlər - Subaru Forester;
-Orta ölçülü krossoverlər - Toyota Grand Highlander;
- Premium kompakt krossoverlər - Lexus NX;
- Premium orta ölçülü krossoverlər - BMW X5;
-Kompakt pikaplar - Ford Maverick;
-Tam ölçülü pikaplar - Ford F-150;
- Elektrikli nəqliyyat vasitələri - Tesla Model Y.
Nazlı Almuradova