RU

ÇL: "Qarabağ" - "Nyukasl" matçında 2 qol var - YENİLƏNİR

UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" qitənin ən nüfozlu klub turnirində növbəti sınağına bu gün çıxacaq. 

Təmsilçimiz "Nyukasl" komandasını qəbul edəcək. Beləliklə, Qurban Qurbanovun komandası ölkə tarixində ilk dəfə keçirəcəyi pley-off oyununda bu mövsüm "Çelsi" və "Liverpul"dan sonra üçüncü dəfə İngiltərə klubu ilə qarşı-qarşıya gələcək. 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
18 fevral

"Qarabağ" – "Nyukasl" (İngiltərə) 2:0 (ilk hissə)

Qol: A. Qordon, 3. M. Tiav, 8.
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias, Siqurd Krinqstad (hamısı Norveç)
VAR: Rob Diperink, Dennis Hiqler (Niderland). Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya). 
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 11. Emmanuel Addai, 18. Dani Bolt, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Nyukasl: 1. Nik Pope, 2. Kiran Trippyer, 3. Lyuis Holl, 8. Sandro Tonali, 10. Antoni Qordon, 11. Harvi Barnes, 12. Malik Tiav, 20. Antoni Elanqa, 27. Nik Voltemade, 28. Co Uillok, 33. Dan Börn.
Ehtiyat oyunçular: 26. Con Ruddi, 32. Aaron Ramsdeyl, 58. Aydan Harris, 7. Joelinton, 18. Uilyam Osula, 23. Yakop Mörfi, 37. Aleks Mörfi, 41. Yakop Remsi, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Избранный
5
fanat.az

1Источники