RU

Çin avtomobillərinə tətbiq olunan güzəştin ləğvi Amerika hərraclarına yenidən marağı artırdıVİDEO

Amerika hərraclarından alınan avtomobillərin qiyməti 50 faiz bahalaşıb. Son 2 ayda hərraclardan 3500 dollara alınan avtomobillərə verilən təklif 7500 dollara qədər qalxıb.

Xezerxeber.az xəbər verir ki, mütəxəssislər bunu Çin avtomobillərinə tətbiq olunan güzəştin ləğvi ilə ələqələndirirlər. Avtomobil daşınmaları üzrə ekspert Hüseyn Məmmədli deyir ki, bazarda Çin avtomobili idxalına maraq azaldığından müştərilər kütləvi şəkildə Amerika hərraclarına yönəliblər.

Ekspert bildirib ki, gömrük terminalında müşahidə olunan boşluq da bununla əlaqəlidir. Amerikanın daxili bazarında müşahidə olunan 50 faiz qiymət artımı 2-3 ay sonra Azərbaycanda da bu avtomobillərin bahalaşmasına səbəb olacaq.

Hüseyn Məmmədlinin sözlərinə görə alıcılar hazırda Amerika hərracından əsasən 7 ildən daha yeni və mühərrik həcmi 3 min kub santımetrə qədər olan avtomobillər əldə edirlər. Bazar dəyəri 50 min manatdan yüksək olan avtomobillərin isə Amerikadan ixracı daha ucuz başa gəlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
35
xezerxeber.az

1Источники