RU

TB3 Baltik dənizinin çətin hava şəraitində imkansızı bacardı » AzadMedia.az



Bakl, 18 fevral — Azadmedia.az



“NATO-nun “Steadfast Dart-2026” təliminin bir hissəsi olaraq, TCG ANADOLU-da yerləşdirilən Bayraktar TB3 PUA-sı, donma temperaturuna, güclü qar yağışına və güclü küləklərə baxmayaraq, Baltik dənizində uçuş nümayişini uğurla başa vurub”.

Bu barədə .... Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, təlimin bu mərhələsində, bu çətin hava şəraitində uça bilən yeganə PUA olan Bayraktar TB3, müttəfiq nümayəndələrindən yüksək qiymət alıb:

“Təlim keçirilən Baltik dənizindəki sərt qış şəraitinə baxmayaraq, Bayraktar TB3 TCG ANADOLU-nun qısa uçuş-enmə zolağından qalxaraq müttəfiq ölkələrin nümayəndələrinə aviasiya imkanlarını nümayiş etdirib. Dəniz üzərində güclü küləklərin yaratdığı qarışıq şəraitə baxmayaraq, sabit uçuş xüsusiyyətlərini qoruyub saxlayan PUA uçuş missiyasını uğurla başa vurub və eniş edib. Təlimdə iştirak edən digər qırıcı təyyarələrin və helikopterlərin edə bilmədiyi prosesi Bayraktar TB3 bacarıb”.







Избранный
13
1
azadmedia.az

2Источники