RU

İran və Rusiya Oman dənizi və Hind okeanında birgə hərbi təlimlər keçirəcək

İran və Rusiya Oman dənizi və Hind okeanında birgə hərbi təlimlər keçirəcək

İran və Rusiya Silahlı Qüvvələri fevralın 19-da Oman dənizi və Hind okeanının şimal hissəsində birgə hərbi dəniz təlimlərinə başlayacaq.

AFN.az İran mediasına istinadən xəbər verir ki, təlimlər İranın cənubundakı Bəndər-Abbas liman şəhərində keçiriləcək. İranlı kontr-admiral Həsən Maqsudlunun sözlərinə görə, təlimlərin əsas məqsədi Oman dənizi və Hind okeanı regionunda təhlükəsizliyi möhkəmləndirmək və davamlı dəniz əməkdaşlığını təmin etməkdir.

O bildirib ki, hər iki ölkənin hərbi dəniz qüvvələri arasında birgə əməliyyatların planlaşdırılması və icrası sahəsində əlaqələrin gücləndirilməsi bu manevrlərin prioritet istiqamətlərindəndir.

Təlimlər zamanı əsas diqqət dəniz təhlükəsizliyinə hədə yaradan fəaliyyətlərə qarşı birgə mübarizəyə, o cümlədən ticarət gəmilərinin və neft tankerlərinin mühafizəsinə, eləcə də dəniz terrorizminə qarşı koordinasiyalı hərəkətlərin yoxlanılmasına yönəldiləcək.

İqtisadi və strateji əhəmiyyətli su yollarında keçirilən bu təlimlər həm də region ölkələrinin dəniz təhlükəsizliyinin təmin olunmasında rolunu artırmaq və mehriban qonşuluq münasibətlərini dərinləşdirmək məqsədi daşıyır. Qeyd edək ki, bu manevrlər bölgədəki geosiyasi gərginlik fonunda hər iki ölkənin regional təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etdiyini nümayiş etdirir.

Избранный
16
afn.az

1Источники