RU

Qarabağ Nyukasl ı qonaq edir Heyətlər

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq ağdamlılar İngiltərə təmsilçisi "Nyukasl" ilə üz-üzə gəlir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.

Bu komandalar arasında cavab matçı isə fevralın 24-dən 25-nə gecə, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" - "Çelsi" cütünün qalibi ilə qarşılaşacaq. 

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyun

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mareus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Joni Montiel, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Nyukasl": 1. Nik Pop, 2. Kiran Trippye (k), 12. Malik Tyau, 33. Dan Börn, 3. Lyuis Holl, 8. Sandro Tonali, 27. Nik Voltemade, 28. Co Uillok, 20. Antoni Elanqa, 11. Harvi Barns, 10. Antoni Qordon

Baş məşqçi: Eddi Hau

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
sport24.az

1Источники