RU

Əraqçi MAQATE rəhbəri ilə danışdı İran nüvə silahı əldə etməyəcək?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN rəhbəri öz Teleqram hesabında məlumat yayıb.

Bildirilib ki, tərəflər İran ilə ABŞ arasında aparılan dolayı danışıqlar ətrafında son vəziyyəti və dialoqun gələcək perspektivlərini müzakirə ediblər. MAQATE rəhbəri agentliyin danışıqlar üçün çərçivə mexanizmlərinin hazırlanması prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Söhbət zamanı mümkün çərçivə sazişinin hazırlanmasına dair tələblər və mexanizmlər də diqqət mərkəzində olub. Həmçinin Vaşinqton və Tehran arasında Cenevrədə keçirilən son dolayı danışıqların nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tərəflər nüvə məsələsi üzrə diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
globalinfo.az

1Источники