Filmin nümayişindən bəri Stratford-apon-Avondakı bütün məkanlarda ziyarətçi sayı təxminən 15-20 faiz artmışdır.
QHT.az xəbər verir ki, 2026-cı ildə səkkiz Oskar mükafatına namizəd göstərilən “Hamnet” filmi Böyük Britaniyada Şekspir məkanlarına marağı artırıb. Film Meqqi O'Farrellin romanı əsasında çəkilib və Uilyam Şekspirin həyatından bədii hekayəni təqdim edir. Süjet dramaturqun həyat yoldaşı Aqneslə münasibətinə və oğlu Hamnetin ölümündən sonra “Hamlet” əsərinin yaranmasına fokuslanır.
Baş rollarda Pol Meskal və Cessi Bakli çıxış ediblər. Film IMDb-də 7.9 bal toplayıb, Rotten Tomatoes-də isə yüksək bəyənmə qazanıb.
“The Independent”in məlumatına görə, filmin nümayişindən sonra Stratford-upon-Avon şəhərində yerləşən Şekspirin doğulduğu ev və Enn Heteueyin kottecinə ziyarətçi sayı 15–20 faiz artıb. Mütəxəssislər bunu kino və turizm arasında artan əlaqə ilə izah edirlər.
R.İmanov