RU

Vəhdət Partiyasından təklif: Tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

Son günlər metroda qiymətlərin məsafədən asılı olaraq dəyişdiriləcəyinə dair təkliflər gündəmdədir. Yeniliyin tətbiqi ilə bağlı müxtəlif fikirlər səslənir, müzakirələr aparılır. Butəkliflərin ortaya çıxması əhalidə gediş haqqının yenə artacağı ilə bağlı narahatlıq yaradıb. Xüsusilə də sosial baxımdan həssas və gündəlik ictimai nəqliyyatdan istifadə edən insanlar bu dəyişikliklərin gediş haqqının artımına səbəb ola biləcəyindən narahat olduqlarını bildirirlər.

Artıq meqapolisə çevrilən Bakıda bəzi əhali təbəqələri – tələbələr, alimlərvə tibb işçiləri ictimai nəqliyyatdan endirimli qiymətlərlə istifadə etməlidirlər. Vəhdət Partiyası bu təkliflə hökumət qarşısında çıxış edir.
Partiya sədri Adəm İsmayıl Bakuvi bildirib ki, bütün dünya təcrübəsində, eləcə də qardaş Türkiyədə olduğu kimi ölkəmizdə də müəyyən kateqoriyadan olan insanlar üçün nəqliyyatda endirimli qiymətlər tətbiq oluna bilər: "Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri əhalinin həssas təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi və sosial ədalətin təmin olunmasıdır. Prezident bütün çıxışlarında ən böyük kapitalımızın “insan kapitalı” olduğunu vurğulayır. Yaxın günlərdə yerliteleviziyalara müsahibəsində dövlət başçısı bir daha qeyd etdi ki, “bizim bütün siyasətimiz sosialyönümlüdür, insanların rifah halını yaxşılaşdırmaq üçün sosial siyasət daha dəqiq aparılır, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca,sosial sahəyə daha da böyük vəsait ayrılacaq”.

Bu baxımdan, Vəhdət Partiyasının sədri kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin fəaliyyətinin stimullaşdırıla biləcəyini deyir: “Bu, sadəcə iqtisadi məsələ deyil -kiçik bir subsidiya iləgənclərin, alimlərin və tibb işçilərinin həyatına rahatlıq gələcək, onlarda elmə stimul, dövlətə inam daha dagüclənəcək. Bu, sosial rifahdan daha çox — milli inkişafın ideoloji hissəsidir. Tələbələrimiz dövlətin diqqətini, qayğısını daha yaxından hiss etmiş olacaqlar. Tələbə yol pulu, təhsil haqqı, yemək pulu və kirayə haqqı ödəyir. Bunlar heç də az vəsait deyil. Nəqliyyatda gediş haqqı güzəşti onların aylıq büdcəsinə müsbət təsir göstərmiş olar”.

Partiya sədri bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial islahatların məqsədi hər zamanvətəndaş rifahını və intellektual potensialı gücləndirməkdədir. Bu mənada təklif olunan nəqliyyat subsidiyası, dövlətin sosial siyasətində mikro səviyyəli, amma makro dəyərlərə xidmət edən addımdır. Bu təşəbbüs yalnız maddi yüngüllük deyil, həm də dövlətlə vətəndaş arasında emosional və institusional körpüdür. “Belə bir proqramtəhsildən yayınma riskini əhəmiyyətli dərəcədəazaldar, tələbə motivasiyasını artırar. Elm sahəsində – aşağı maaşlı tədqiqatçıların sosial sabitliyini təmin edər, “beyin axını”nı zəiflədər. Səhiyyə sistemində – növbəli işləyən tibb personalının yüklənməsini azaldar, xidmət keyfiyyətini yüksəldər. Bir sözlə, dövlətin imicinə müsbət təsir göstərər, sosial ədaləti və qayğını prioritet edən dövlət obrazınıdaha da gücləndirmiş olar”.
Vəhdət Partiyasının “Tələbələrə, alimlərə və tibb işçilərinə nəqliyyat subsidiyası tətbiq edilməsi haqqında” təkliflər paketində güzəşt praktikasından ilk olaraq Bakı və Abşeronda sınaq olaraq tətbiq edilməsi təklif olunur. Layihədə qeyd olunur ki, bu ərazidə təxminən 200 min tələbə və şagird, 30 min nəfər — elmi işçi, 120 min nəfər — tibb işçisi ictimai nəqliyyatdan gündəlik istifadə edir. Tələbə və şagirdlər üçün gediş haqqının50 % güzəşt, digər kateqroiyalar üçün isə 30% üzəşt təklif olunur.Güzəşt ediləcək şəxslərin ortalama olaraq gündə iki dəfə metro və ya avtobusdan istifadə etdiyi nəzərdə tutularaq, onların nəqliyyata sərf etdikləri aylıq orta xərcin təxminən 30 manat təşkil etdiyi ehtimal olunur. Əgər tələbələrə 50 % güzəşt tətbiq edilsə, aylıq fərq 15 manat, illik isə 180 manat təşkil edəcək. Ümumilikdə isə dövlət xərci təxminən 66–67 milyon manat olacaq ki Bu, 2026-cı il üçün dövlət büdcəsinin 49 milyard manatlıq xərclərinin cəmi 0,13 %-inə bərabərdir.

Partiya sədri Adəm İsmayıl Bakuvi deyir ki, cəmi 67 milyon manatlıq bu proqram, öz mahiyyətinə görə, milyardlarla manatlıq təsir gücünə malikdir — çünki elmə, təhsilə və sağlamlığa yönəlmiş hər manat, gələcək nəsillərin sabitliyinə yatırılmış investisiyadır: “Azərbaycan dövləti illərdir müxtəlif iqtisadi sektorlara (kənd təsərrüfatı, energetika) yüz milyonlarla subsidiya ayırır. Bu dəstəyin əsas hissəsi iqtisadi infrastruktura yönəlib, insan kapitalına isə nisbətən az pay düşür. Təklif etdiyimiz layihə hesabına isə büdcəyə real yük gətirmədən, sosial rifah və elmi sabitlik sahəsində böyük nəticə əldə etmək mümkündür”.

Vəhdət Partyası ilkin mərhələdə Bakı və Abşeronda tələbə və şagirdlər üçün 50 %, alim və tibb işçiləri üçün 30 % güzəşt tətbiq olunmasını təklif edir. Güzəştli kart sisteminin “BakıKart” və “elektronİmza” bazasına inteqrasiya olunması təklif edilir.

Избранный
45
7
aznews.az

9Источники