RU

Çips yeyənlərin nəzərinə İçindən qurd çıxa bilər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər çips və digər paketlənmiş qidalarda həşərat və qurdların aşkarlanması ilə bağlı xəbərlər cəmiyyətdə narahatlıq yaradıb. Bu cür hallar adətən məhsulun istehsal, qablaşdırma və saxlanma mərhələlərində gigiyena və nəzarət qaydalarının pozulması nəticəsində baş verə bilər.Qida eksperti İlkin Şirinov Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ yalnız istehlakçıdan və ya istehsalçıdan asılı deyil. İstehsala gətirilən xammalda, kartof, un, nişasta və digər məhsullarda həşərat və ya qurd yumurtalarının mövcudluğu da problemə səbəb ola bilər.Ekspert vurğulayıb ki, məsələ zəncirvari xarakter daşıyır:"İstehsal prosesində keyfiyyətə nəzarətdə zəiflik olarsa, kənardan məhsula hər hansı həşərat düşə bilər. Paketlənmə zamanı da həşərat düşmə ehtimalı mövcuddur. Yəni, məhsulun saxlanılmasından tutmuş istehsalına qədər prosesin hər hansı bir mərhələsində zəiflik olarsa, son nəticədə məhsulda problem üzə çıxacaq, sağlamlığa təsir göstərə bilər və ya əlavə işlənmə tələb edə bilər. Buna görə də məhsulun satış nöqtələrinə çatdırılmasına qədər, həmçinin satış nöqtələrində və anbarda saxlanılması ciddi nəzarət tələb edən bir prosesdir. HACCP proqramı məhsulun təhlükəsiz formada istehlakçıya çatdırılmasına xidmət edən nəzarət mexanizmidir. Bu mexanizm yalnız istehsalda deyil, xammalın saxlanması, çeşidlənməsi, təmizlənməsi, dezinfeksiya olunmasından tutmuş müştəriyə çatdırılmasına qədər bütün mərhələləri əhatə edir".İlkin Şirinov qeyd edib ki, məsələni yalnız istehlakçının üzərinə atmaq düzgün deyil. "Problemlər saxlanma, paketlənmə və digər görünməyən çatışmazlıqlardan da qaynaqlana bilər. Əgər məhsulda hər hansı yad cisim, qoxu və ya dad problemi hiss olunursa, istehlakçı dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çağrı mərkəzinə zəng etməli, şikayətini bildirməlidir. Bu zaman məhsul ya satışdan geri çağrılır, ya da laborator analizlərdən sonra qərar verilir ki, problem istehsal zamanı, yoxsa anbarda rütubət və saxlanma şəraitində yaranıb. İstehlakçının bu hüquqları mövcuddur və o, onları istifadə etməlidir" - deyə, ekspert bildirib. Yəni, paketlənmiş məhsulların tərkibindəki xoşagəlməz tapıntılar təkcə istehsalçı səhlənkarllığı deyil, həm də logistika və saxlama mərhələlərindəki boşluqların nəticəsidir. İstehlakçılar belə hallarla qarşılaşdıqda susmamalı, həm sağlamlıqlarını qorumalı, həm də aidiyyəti qurumları məlumatlandırmalıdırlar. Qida təhlükəsizliyi zəncirinin hər bir həlqəsində məsuliyyət artırılmasa, oxşar faktların yenidən gündəmə gəlməsi qaçılmaz görünür.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
80
demokrat.az

1Источники