RU

Putin Rusiyanın prioritetlərini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin demoqrafik göstəricilərin yaxşılaşdırılmasını milli prioritet hesab edir.

Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin bunu Rusiya Federasiyasının təsis qurumlarında səhiyyə müəssisələrinin açılışında bildirib.

"Ümumiyyətlə, demoqrafik inkişafın həlli və millətin qorunması - bir daha vurğulayıram - gələcək illər üçün milli prioritetimizdir", - Putin qeyd edib.

Putin həmçinin Rusiyada səhiyyə işçilərinin əmək haqqı sistemini təkmilləşdirəcəyinə, eləcə də ilkin tibbi yardım müəssisələrinin və bütün səviyyəli səhiyyə xidmətlərinin potensialını artıracağına söz verib.

Избранный
21
teleqraf.com

1Источники