RU

"Fənərbaxça"dan Marko Asensio qərarı

"Fənərbaxça" "Vilyarreal"ın transfer siyahısında yer alan Marko Asensio ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi ispaniyalı futbolçunu satmayacaq. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Klub Asensionun müqaviləsini uzatmağı planlaşdırır. 30 yaşlı hücumaameyilli yarımmüdafiəçinin kapitan təyin olunması da gündəmdədir.

Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
28
1
sportal.az

2Источники