RU

Epşteynin Topqapı Sarayı xəstəliyi: Daha bir planı üzə çıxdı - FOTO

Adı seksual xarakterli cinayətlərdə hallanan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı daha bir qurbanın çıxışı müzakirələri alovlandırıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Epşteynin qurbanı Rina Oh Türkiyənin milliyet.com.tr saytına danışıb. 

Qurban Epşteynin incəsənət məktəbindən bakalavr dərəcəsi almaq üçün təqaüd vədləri ilə onu necə aldatdığını deyib. O, milyarderin onu dəfələrlə evinə dəvət etdiyini söyləyib.

"Mənim onun hərəminin bir hissəsi olacağımı və onun "sevimlisi" olacağımı deyirdi. Özünü mənim ağıl məsləhətçisi olacağını bildirirdi. Lakin təxminən iki il davam edən söhbətlərimiz boyunca o, daim özünə üçüncü şəxsdə, "Sultan" deyərək bəhs edirdi. Vəziyyət olduqca qarışıq idi, amma bilirdim ki, o, əslində özü haqqında danışır”.

Rina deyir ki, Epşteynin ona tez-tez "Hərəm Planı"ndan bəhs edib.

“Sultan”, “hərəm” və “saray” kimi anlayışlardan danışırdı. O, məni dünyanı bu çərçivədə görməyə tamamilə inandırmağa çalışdı”.

Zərərçəkmiş Rina Oh, Epşteynin Türkiyədən tez-tez bəhs etdiyini vurğulayıb:

“O, Osmanlı İmperiyasına aludə idi və daim bu barədə danışırdı. O, məndən Osmanlı İmperiyasının hərəmi ilə bağlı bütün rəsm əsərlərini, memarlıq abidələrini, sarayları və saraydakı qadınlar haqında yazılanları araşdırmağımı, sarayın mədəniyyətini və tarixini ətraflı öyrənməyimi istəyirdi”.

Xatırladaq ki, ABŞ-də 18 yaşından kiçik onlarla qızı cinsi istismar etdiyinə və fahişəlik şəbəkəsi idarə etdiyinə görə mühakimə olunan Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Billurə

Избранный
99
3
olke.az

4Источники