RU

Ekstrasensin Moskva və Bakı ilə bağlı 2024 proqnozu

Ekstrasens, psixoloq, “Ekstrasenslər döyüşü”nün qalibi Mehdi İbrahimi Vəfa Rusiya və Azərbaycanla bağlı 2024 proqnozlarını “Moskva-Bakı” ilə bölüşüb.

Publika.az Axar.az-a istinadən sözügedən müsahibəni ixtisarla təqdim edir:

- 2024-cü ildə Rusiya və Azərbaycanda iqtisadi vəziyyət necə olacaq?

- 2024-cü ildə Rusiyada iqtisadi vəziyyət normallaşacaq. Bəzi ölkələr ilin sonuna kimi Rusiyaya sanksiyaları ləğv edə bilər. Azərbaycana gəlincə: əgər ölkə Türkiyə ilə dost olduğu kimi Rusiya, İran, Çinlə yaxın dost olmağa başlasa, iqtisadiyyat daha da inkişaf edəcək.

- 2024-cü ildə həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkələrimizi hansı siyasi dəyişikliklər gözləyir?

- Nə Azərbaycanda, nə də Rusiyada heç bir siyasi dəyişiklik olmayacaq. Hər şey olduğu kimi qalacaq.

- 2024-cü ildə Rusiya və Azərbaycanı iqlim problemi ilə bağlı nə gözləyir? Zəlzələlər, vulkanlar, daşqınlar və ya qlobal faciələr…

Избранный
470
3
publika.az

10Источники