Olaylar xəbər verir ki, nəşrdə qeyd edildiyi kimi , ABŞ prezidenti Donald Trampın yaxın ətrafı da Rusiyanın enerji aktivlərində pay almaq və Arktikada nadir torpaq metalları, neft və qazla bağlı sövdələşmələr aparmaq imkanlarını müzakirə edir.
Bundan əlavə, bir amerikalı treyder nəşrə bildirib ki, ABŞ biznesləri Rusiya ilə buğda ticarəti etməkdə maraqlıdır.
Jurnalın mənbəsi qeyd edib ki, "Rusiya dünyanın ən böyük buğda ixracatçısıdır... Biz iştirak etmək istərdik".
Daha əvvəl Britaniyanın "The Economist" jurnalı Rusiya Təhlükəsizlik Şurasına Trampla aktivlərə və resurslara çıxış müqabilində sanksiyaların azaldılmasını nəzərdə tutan genişmiqyaslı razılaşma planı təqdim edildiyini bildirmişdi.
İbrahim Məmmədli