RU

Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyasının, həmçinin YAP Səbail rayon təşkilatının ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, təsis olunduğu gündən azərbaycançılıq ideologiyası əsasında milli maraqlara əsaslanan məqsədyönlü fəaliyyət göstərən partiya xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevrilmiş, ölkəmizin əldə etdiyi uğurlarda müstəsna rol oynayıb.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasına nail olan Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.

Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Sonda bədii hissə təqdim olunub.

Избранный
20
4
azertag.az

5Источники