RU

Sovetski də ilin sonuna kimi 4200 dən artıq mənzil söküləcək

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Bakının "Sovetski" adlanan ərazisində söküntü və yenidənqurma işləri davam edir. Ərazidə ilin sonuna kimi 4200-dən artıq mənzil söküləcək.

Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bugünə qədər 1880 mənzil sahibi ilə razılaşma əldə edilib.

"Onlardan 1570 ailə artıq köçürülüb. Təxmini 600-ə qədər mənzil tamamilə 850-yə yaxın mənzil isə qismən sökülüb. İstismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan fərdi yaşayaış evləri, çoxmənzilli yaşayış binaları sökülür. Ərazidə bəzi binaların tarixi olduğunu sübut olunduqdan sonra Mədəniyyət Nazirliyinin tabeliyinə verilri. Həmin binalarda artırmalar söküldükdən sonra restavrasiya işləri bitəcək və sakinlər əvvəlki kimi yaşayacaq. Digər abidələr də qorunub saxlanılacaq. Ərazidə sökülən evlərin yerinə parklar salınacaq", - deyə o, qeyd edib. Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
5
news.milli.az

10Источники