RU

Ukrayna və Rusiya növbəti görüş barədə razılığa gəliblər: tarix və yer müəyyən edilib? - VİDEO

Ukrayna və Rusiya artıq növbəti sülh danışıqları barədə razılığa gəliblər.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Növbəti görüşlə bağlı (Rusiya ilə sülh danışıqları barədə – red.) prinsipial razılaşma var. Lakin məlum səbəblərə görə detalları və tarixləri açıqlamayacağıq", - deyə o bildirib.

Tixiy əlavə edib ki, danışıqlar qrupunun qayıtmasından sonra daha çox təfərrüat ortaya çıxacaq və onlar Ukrayna Prezidenti Volodimir Zelenskiyə orada baş tutan danışıqlar barədə daha ətraflı hesabat təqdim edəcəklər.

QAZİLER.AZ

 

Избранный
22
qaziler.az

1Источники