RU

Natiq Cəfərli: “Necə ola bilər ki, dövlət şirkəti ziyanla işləsin, amma hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin”

Suyun qiymətini qaldırırlar, həm əhali, həm də kommersiya qurumları üçün qiymətlər artacaq. Özü də bahalaşma demirlər, diferensiallaşdırılma adı ilə bu addımı atmaq istəyirlər. İlin əvvəlində dizeli 10% qaldırdılar, indi suyun, sonra işıq və qazın qiymətini artırırlar, sonra da hökumət üzvləri, bəzi deputatlar ciddi sifət alıb, “ölkədə süni qiymət artımı var”, deyirlər.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, ölkədə qiymətləri artıran hökumətdir, aparılan yanlış iqtisadi, sosial, tarif, vergi, gömrük siyasətidir: “Dövlətin su, elektrik, qaz paylanması ilə məşğul olan şirkətləri ziyanla işləyirsə, niyə ilk xərcləri azaltmırlar? Nədən maya dəyərinin şişirdilməsinin qarşısını almırlar? Nə səbəbə satınalmalar şəffaf deyil? Necə ola bilər ki, dövlət şirkəti ziyanla işləsin, amma hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda, mənzillərdə yaşasınlar, bər-bəzəkli həyat yaşasınlar? Bunun bir izahı varmı, olacaqmı?! Olmaz belə, vallah olmaz...”

Tarix: 18 Fevral 2026, 17:48   
Избранный
116
1
pravda.az

2Источники