RU

Suyun qiymətinin artırılmasına MARAQLI REAKSİYA: “Bahalaşma demirlər, amma..”

İqtisadçı ekspert Natiq Cəfərli suyun qiymətinin artırılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, su tariflərinin həm əhali, həm də kommersiya qurumları üçün artırılması “diferensiallaşdırma” adı altında təqdim olunsa da, mahiyyət etibarilə bu addım bahalaşmadır. Cəfərlinin sözlərinə görə, ilin əvvəlində dizel yanacağının qiymətinin 10 faiz artırıldığını xatırladan ekspert, indi suyun, ardınca isə elektrik və qazın qiymətlərinin qaldırılmasının gündəmə gəlməsinin ciddi sosial təsirlər yarada biləcəyini vurğulayıb.

Ekspert hesab edir ki, ölkədə qiymət artımlarının əsas səbəbi yanlış iqtisadi, sosial, tarif, vergi və gömrük siyasətidir. O, dövlətin su, elektrik və qaz paylanması ilə məşğul olan şirkətlərinin ziyanla işləməsi ilə bağlı da suallar ünvanlayıb.

Cəfərli qeyd edib ki, əgər bu qurumlar zərərlə fəaliyyət göstərirsə, ilk növbədə xərclərin azaldılması, maya dəyərinin optimallaşdırılması və satınalmaların şəffaflığının təmin olunması istiqamətində addımlar atılmalıdır. Onun fikrincə, dövlət şirkətlərinin rəhbər şəxslərinin yüksək həyat səviyyəsi fonunda zərər açıqlamaları cəmiyyətdə suallar yaradır.

Избранный
75
1
konkret.az

2Источники