RU

Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığı ardıcıl şəkildə genişləndirir və dərinləşdirir - Roza Bayramlı

Bakı. Trend:

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq sonillərdə ticarət və investisiyalardan başlayaraq enerji, sənayekooperasiyası, humanitar əlaqələr və xüsusilə regional əlaqəliliyininkişafı daxil olmaqla bir sıra istiqamətlər üzrə ardıcıl şəkildəgenişlənir və dərinləşir.

Trend xəbər verirki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin başməsləhətçisi Roza Bayramlı bu gün Bakıda keçirilən “C6: Vahidregion, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi”mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu qarşılıqlı fəaliyyət epizodik deyil,sistem xarakteri daşıyır: o, müntəzəm siyasi dialoqa və biznesindayanıqlı və proqnozlaşdırıla bilən əməkdaşlıq kanallarına artanpraktiki marağına əsaslanır.

“Bu fonda nəqliyyat-logistika gündəliyi xüsusi aktuallıq kəsbedir. Müasir geosiyasi reallıqlarda infrastruktur və logistikaartıq təkcə iqtisadi alət kimi deyil, həm də dayanıqlılıq amilikimi qiymətləndirilir. Belə ki, bu sahədə əməkdaşlıq dövlətlərin vəşirkətlərin xarici ticarət və tranzit axınlarını qoruyub saxlamaq,xərcləri və riskləri azaltmaq, marşrutların şaxələndirilməsinitəmin etmək və rəqabət qabiliyyətini saxlamaq imkanlarına birbaşatəsir göstərir. Buna görə də bu gün nəqliyyat haqqında danışarkən,əslində təchizat zəncirlərinin sabitliyi, bazarın dəhlizlərə olanetimadı və regionun xəritədə sadəcə marşrutlar deyil,proqnozlaşdırıla bilən əlaqəlilik xidməti təklif etmək qabiliyyətimüzakirə olunur”, – deyə o bildirib.

Baş məsləhətçi qeyd edib ki, məhz bu kontekstdə C6 gündəliyitətbiqi əhəmiyyət qazanır.

“Burada əlaqəlilik və nəqliyyat mövzusu əsas istiqamətlərdənbiridir, çünki o, bütün iştirakçıların maraqlarına birbaşa toxunur.Bu çərçivədə infrastruktur layihələrinin və sərhəd qovşaqlarındaprosedurların sinxronlaşdırılmasından tutmuş multimodal həllərininkişafına, rəqəmsallaşdırmaya, dar boğazların aradanqaldırılmasına və şəffaf kommersiya şərtlərinin formalaşdırılmasınaqədər müxtəlif məsələlər müzakirə olunur. Qeyd etmək vacibdir ki,bu iş həm C6 formatı çərçivəsində, həm də paralel olaraq ikitərəflimexanizmlər, eləcə də üçtərəfli və çoxtərəfli platformalar, ocümlədən Türk Dövlətləri Təşkilatı kontekstində aparılır. Başqasözlə, region ölkələrinin əməkdaşlığın praktik parametrlərini –qrafik və tariflərin əlaqələndirilməsindən məlumat mübadiləsinə vəprosedurların sadələşdirilməsinə qədər – dəqiqləşdirdiyi müxtəlifformatlarda həyata keçirilir”, – deyə R.Bayramlı vurğulayıb.

İkitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarındandanışan Roza Bayramlı bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiyaölkələri arasında nəqliyyat-logistika gündəliyi artıq institusionalölçü qazanıb.

“Xüsusilə, 20 sentyabr 2024-cü il tarixində Bakıda “AzərbaycanDəmir Yolları” QSC, “Uzbekistan Railways”, eləcə də Qırğızıstan vəTacikistanın dəmir yolu administrasiyalarının iştirakı ilə“Eurasian Transport Route” (ETR) beynəlxalq assosiasiyası təsisolunub. Assosiasiyanın məqsədi inteqrasiya olunmuş logistikaməhsullarının formalaşdırılması, daşıma prosesi texnologiyalarınınvahidləşdirilməsi, effektiv tarif siyasətinin hazırlanması,rəqəmsal həllərin tətbiqi və xərclərin optimallaşdırılmasıdır.Yəni, Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan vəTürkiyə ərazilərindən keçən Orta Dəhlizin “cənub qolu”nunfəaliyyəti üçün fövqəlmilli əməliyyat çərçivəsinin yaradılmasınəzərdə tutulur.

Paralel olaraq, region üçün son dərəcə zəruri əhəmiyyət daşıyantransxəzər qovşağında infrastruktur və əməliyyat məhdudiyyətlərininaradan qaldırılması istiqamətində işlər davam etdirilir. Rəsmisəviyyədə həm strateji planlaşdırmaya dair çərçivə sənədləri, həmdə dar boğazların aradan qaldırılmasına yönəlmiş tətbiqi sazişlərtəsbit olunur. Belə ki, 30 sentyabr 2025-ci il tarixindəAzərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında OrtaDəhliz çərçivəsində darboğazların aradan qaldırılması üzrəFəaliyyət Planı imzalanıb. Bu sənəd 2022-ci ildə Azərbaycan,Qazaxıstan və Türkiyə tərəfindən imzalanmış 2022–2027-ci illər üçünOrta Dəhlizin inkişafına dair Yol Xəritəsini tamamlayır”, – deyə o,yekunlaşdırıb.

Məqalədə:
Избранный
104
az.trend.az

1Источники