Almaniyanın Kotbus şəhərində keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya bildirilib ki, turnirdə ölkəmizi Aydın Əlizadə, Rəsul Əhmədzadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.
30-dan çox ölkədən idmançıların mübarizə aparacağı turnir fevralın 19-22-də təşkil olunacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта