RU

Nazirliyin sosial layihəsi üzrə daha 15-dək mənzil satıldı

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığımənzillərdən son günlərdə daha 15-dək mənzil satılıb.

Trend xəbərverir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron vəSamux rayonlarında yeni yaşayış binalarında olan mənzillərləms.sosial.gov.az portalı vasitəsilə tanış olmaq olar.

Mənzillərdən almaq istəyən şəxslər qeyd edilən portalda almaqistədiyi mənzili seçərək onu “Bron et” düyməsini sıxmaqla bron edəbilər.

Satılan bu mənzillərin hər biri:

3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb,çıxarışlıdır və ipoteka krediti ilə də almağa uyğundur, mənzilləribron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiyavasitələrindən birinə malik olmalıdır.

Bir mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququqazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanıvar. Əgər ilk bron etmiş şəxs mənzili almaqdan imtina etdikdə,mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətindədəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiqedilmiş alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi saydamənzil ala bilər.

Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindənqanunvericiliyə uyğun olaraq müəyyən edilib.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhidailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil vəfərdi evlə təminatına yönəldilir.

Избранный
41
11
az.trend.az

10Источники