RU

Polşalı siyasətçi müsahibəyə piyada əleyhinə mina gətirib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Mixal Dvorçik, Hüquq və Ədalət (PiS) partiyasından Avropa Parlamentinin deputatı, internet portalı "Wirtualna Polska"ya müsahibəyə Ukrayna istehsalı olan təlim məqsədli piyada əleyhinə mina ilə gəlib.

Bizimyol.info xəbər verir ki, siyasətçinin sözlərinə görə, o, bunu Polşanın fevralın 20-də piyada əleyhinə minaların istifadəsi, istehsalı və saxlanmasını qadağan edən Ottava Konvensiyasından rəsmi şəkildə çıxacağını xatırlatmaq üçün edib. Polşa 2025-ci ilin martında Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə konvensiyadan çıxmaq niyyətini açıqlamışdı. Həmin ilin iyulunda isə o vaxt Polşa prezidenti olan Andjey Duda parlamentin qəbul etdiyi müvafiq qanunu imzalayıb.

“Artıq cümə günü Polşanın Ottava Konvensiyasından çıxması qüvvəyə minəcək. Polşa bu sazişdən Baltikyanı dövlətlər və Finlandiya kimi çıxıb”, – deyə Dvorçik bildirib.

O hesab edir ki, Polşa silah şirkətləri döyüş şəraitində sınaqdan keçmiş silah və sursatların istehsalını maksimum artırmalıdır. Siyasətçi Polşada piyada əleyhinə minaların iki əsas istehsalçısı kimi "WB Electronic" və "Niewiadów" şirkətlərinin adını çəkib və dövlətin hər iki müəssisəni dəstəkləməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Dvorçik 2024-cü ildə Avropa Parlamentinə seçilib. O, 2017–2023-cü illərdə Polşanın həmin dövrdəki baş naziri Mateuş Moravetskinin kanselyariyasının rəhbəri vəzifəsində çalışıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
bizimyol.info

1Источники