İrəvanın Açapnyak rayonunda atışma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşları təcili əməliyyat-istintaq tədbirləri görürlər, əlavə məlumat veriləcək.
İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.