RU

Sahil Babayev İctimai Şura üzvləri ilə görüşüb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün maliyyə naziri Sahil Babayev Nazirlik yanında yaradılmış İctimai şuranın üzvləri ilə görüşüb.

"Cebheinfo.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, nazir vətəndaş cəmiyyəti nümayəndələrini İctimai şuraya üzv seçilmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, bu gün dövlət qurumlarının fəaliyyətində ictimai iştirakçılığın genişlənməsi ölkəmizdə uğurlu hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun mühüm təzahürlərindən biridir. "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq İctimai şura da hüquqi aktların qəbulu, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsinə öz töhfəsini verəcək.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edən nazir Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanına əsasən rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. O, qeyd edib ki, Rəqəmsal Maliyyə Mərkəzi və Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, 13 əsas altsistemdən ibarət olan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Nazir vurğulayıb ki, büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması və xərclərin optimallaşdırılması əsas prioritetlərdəndir. Bu çərçivədə dövlət maliyyəsinə vahid, sistemli yanaşma tətbiq olunacaq, aidiyyəti qurumlar arasında effektiv koordinasiya gücləndiriləcək.

Maliyyə Nazirliyinin dövlət büdcəsinin tərtibi, müzakirə mərhələləri və icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması, habelə büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədilə sistemli iş apardığını qeyd edən S.Babayev bildirib ki, bu çərçivədə əsas büdcə sənədləri və məlumatları beynəlxalq standartlara uyğun olaraq dərc olunur, "Vətəndaşın büdcə bələdçisi", habelə dövlət və icmal büdcələrin icrasına dair rüblük və illik təqdimatlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Nazir əmin olduğunu bildirib ki, İctimai şura "İctimai iştirakçılıq haqqında" qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirəcək və bu əməkdaşlıq Maliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinə xidmət edəcək.

Görüşdə çıxış edən İctimai şuranın sədri İnqilab Əhmədov bildirib ki, Şura öz fəaliyyəti ilə ictimaiyyətlə effektiv dialoqun qurulmasına, maliyyə sahəsində aparılan islahatların dəstəklənməsinə, eləcə də ictimai iştirakçılıq indeksinin artırılmasına və ölkənin maliyyə siyasəti ətrafında müzakirələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

İctimai Şuranın üzvləri – Nuriyyə Novruzova, Anar Əzizov, Elşad Məmmədov, Mehdi Babayev, Əyyub Kərimli və Elman Sadıqov çıxış edərək şuranın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Sonda Şuranın üzvlərinə vəsiqələr təqdim edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
9
cebheinfo.az

10Источники