RU

Tramp İranla savaşa hazırlaşır? - Ehtimal indi daha böyükdü

ABŞ-nin bölgədə həyata keçirdiyi genişmiqyaslı hərbi qüvvə cəmləşməsi və Cenevrədə nəticəsiz başa çatan danışıqlar Vaşinqtonun İrana qarşı geniş əməliyyata hazırlaşdığı barədə iddiaları gücləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik səylərin zəiflədiyi bir vaxtda müharibə ehtimalının yaxın həftələrdə reallığa çevrilə biləcəyi müzakirə olunur.

Donald Tramp administrasiyası Yaxın Şərqdə İranı hədəf ala biləcək genişmiqyaslı hərbi əməliyyat variantına indiyədək olmadığı qədər yaxındır. Mənbələrin bildirdiyinə əsasən, mümkün müdaxilə məhdud xarakterli əməliyyatla kifayətlənməyə bilər, həftələrlə davam edən və ABŞ ilə İsrailin birgə həyata keçirəcəyi genişmiqyaslı müharibə səciyyəsi daşıya bilər.

Избранный
13
manset.az

1Источники