RU

Müasir təhlükəsizlik gündəliyi hərbi sahənin hüdudlarını xeyli aşır - Fərhad Məmmədov

Bakı. Trend:

Müasir təhlükəsizlik gündəliyi hərbi sahənin hüdudlarını xeyliaşır.

Trend xəbər verirki, bunu Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru FərhadMəmmədov bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək –strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdadeyib.

“Burada söhbət kibertəhdidlərdən, hibrid təsirlərdən, xaricisiyasət kursunun korrektə edilməsi məqsədilə daxili siyasətə təsircəhdlərindən gedir. İnfrastrukturun – boru kəmərlərinin, dəmir vəavtomobil yollarının, limanların, perspektivdə isə internetkabellərinin, eləcə də yaşıl enerjinin ixrac xətlərinin qorunmasıxüsusi əhəmiyyət kəsb edir. Bütün bu istiqamətlər regionaləməkdaşlıq çərçivəsində sistemli və institusional yanaşma tələbedir”, – deyə o vurğulayıb.

F.Məmmədov qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya dövlətlərininməsləhətləşmə görüşləri formatının inkişafını diqqətlə izləyib vəbunu səmərəli regional qarşılıqlı fəaliyyət nümunəsi kimiqiymətləndirir.

Onun sözlərinə görə, Mərkəzi Asiyada təhlükəsizlik sahəsində birçox istiqamətlər üzrə konsensus əldə olunub ki, bu da regionunproqnozlaşdırıla bilənliyi və dayanıqlılığı üçün zəmin yaradır.

“Bəzi ölkələrin hərbi-siyasi bloklarda iştirakına baxmayaraq,bu, təhlükəsizlik məsələləri üzrə regional dialoqun inkişafına,təlimlərin keçirilməsinə, təcrübə və məlumat mübadiləsinə maneolmur. Eyni zamanda, bu cür bloklar tamhüquqlu təhlükəsizlik‘çətiri’ rolunda çıxış etmir və regional əməkdaşlığıməhdudlaşdırmır”, – deyə o əlavə edib.

Избранный
12
az.trend.az

1Источники